2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə mübarizə aparıblar.

Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq növdə (mix) də yarışıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30