2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

AMADA ilə CASPIA Analitik Mərkəzi arasında gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə CASPIA Analitik Mərkəzinin qonağı olub.

Futbolxeber.az saytına AMADA-dan verilən məlumata görə, görüş zamanı CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Tərəflər idman diplomatiyası istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edərək, birgə fəaliyyətin təmiz idman dəyərlərinin təşviqinə və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Təhminə Tağı-zadə gələcək əməkdaşlıq perspektivlərinin ölkədə antidopinq sahəsinin inkişafına, təmiz idman mədəniyyətinin daha geniş təşviqinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

Daha sonra CASPIA Analitik Mərkəzinin təcrübə proqramında iştirak edən tələbələrlə Təhminə Tağı-zadənin görüşü təşkil olunub. Görüş zamanı dopinqin həm mənəvi, həm də sağlamlıq baxımından yaratdığı fəsadlar, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlar, eləcə də təmiz idman dəyərlərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Təhminə Tağı-zadə tələbələri maraqlandıran sualları cavablandırıb, antidopinq sahəsində beynəlxalq təcrübə və müasir çağırışlar barədə fikirlərini bölüşüb. Tələbələr görüşdən xoş təəssüratlarla ayrıldıqlarını bildirərək, əldə etdikləri məlumatların onların gələcək fəaliyyətləri üçün faydalı olacağını qeyd ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30