2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

Fərid Mansurov azarkeşlərlə görüşüb

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı ilə bağlı təşkil olunan fan-zonada Azərbaycan Milli Olimpiya Komitəsinin və Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurov azarkeşlərlə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə Fərid Mansurov fanatlarla xatirə şəkilləri çəkdirib, onlarla səmimi söhbət edib və imza paylayıb. Gənc idmansevərlər Olimpiya çempionu ilə görüşmək və xatirə avtoqrafı almaq imkanı əldə ediblər.

Fan-zona U-17 dünya çempionatı zamanı yarış ab-havasının yaradılması, güləşin təbliği və azarkeşlərin çempionata marağının artırılması məqsədilə təşkil olunub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30