2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

3 yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib

Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk gündə Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər. Onlar 1/4 finalda müvafiq olaraq, iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudovu və türkiyəli Abdulhalik Balı məğlub ediblər.

Bu gün mübarizəyə qoşulan digər 2 güləşçimiz - Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30