2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib

Oktyabrın 4-11-də Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

Futbolxeber.az saytının məlumatına görə, loqonun əsas ideyası Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasından ilhamlanır.

Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir.

Loqonun rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır. Rəsmi loqo Bakı-2026 Dünya Cüdo Çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq.

Qeyd edək ki, yarışın biletləri artıq satışdadır və azarkeşlər dünya cüdosunun ən möhtəşəm yarışlarından birini Bakıda canlı izləmək imkanı əldə edəcəklər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31