2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Beynəlxalq Velosipedçilər İttifaqı: “Bakı-Xankəndi” yarışı böyük potensiala malikdir"

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına (AVİF) Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının nəticələri ilə bağlı yekun qiymətləndirmə hesabatı göndərib.

Futbolxeber.az saytına bu barədə AVİF-dən məlumat verilib.

Hesabatda bu yarış "Gələcək üçün böyük potelsiana malik, yaxşı təşkil olunmuş tədbir" kimi qiymətləndirilib, ayrı-ayrı istiqamətlər üzrə qiymətlər isə göstərilib. Yarış zamanı təhlükəsizliyin yüksək səviyyədə təşkil edildiyi, polis və tibb xidmətləri yaxşı iş nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Azərbaycanda böyük tamaşaçı marağı, uyğun məsafələr və yarış profili, əlverişli hava şəraiti və gözəl mənzərələr olduğu vurğulanıb.

Turnirdə yüksək keyfiyyət və yaxşı təşkilatçılıq olduğu, bütün iştirakçıların yerləşdirmə, qidalanma və təmin edilən şəraitdən razı qaldıqları yazılıb. TV yayımında qənaətbəxş fəaliyyət, peşəkar, təcrübəli və yaxşı təciz olunmuş heyət olduğu bildirilib.

Beynəlxalq qurum təşkilatçılığı məqbul sayıb və ümumilikdə bütün aspektlər üzrə təşkilatçılığın yaxşı səviyyədə olması, bununla yanaşı, bəzi məqamların təkmilləşdirilməsi qənaətinə gəlib.

Xatırladaq ki, mayın 10-14-də Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda, o cümlədən 1 Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda iştirak edib. Yarış iştirakçıları mayın 10-da Bakıda "Sea Breeze Resort"dan start götürərək 5 gün ərzində Bakının və daha 20 şəhər və rayonunun ən görməli yerlərindən keçməklə 850 kilometrdən çox məsafə qət edib və mayın 14-də Xankəndi şəhərində finiş xəttinə çatıblar. Yarışın bütün mərhələləri "Eurosport" və "CBC Sport" telekanalları vasitəsilə canlı olaraq yayımlanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31