18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Digər idman növləri

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda təşkil olunacaq cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, bununla yanaşı, yarışın rəsmi kommunikasiya kampaniyasına da start verilib və çempionatın əsas vizual konsepsiyası ictimaiyyətə təqdim olunub.

Dünya çempionatının biletlərini iTicket.az platforması vasitəsilə onlayn, eləcə də şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.

Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.

Qeyd edək ki, mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30