2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Bakıdakı UFC turniri sosial mediada 297 milyon baxış toplayıb

Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

Futbolxeber.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, təşkilatçılar tədbirin böyük uğurla başa çatdığını vurğulayaraq, Milli Gimnastika Arenasının tribunalarının tam dolduğunu və turnirin rəqəmsal platformalarda yüksək nəticələr əldə etdiyini bildiriblər.

UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı yayımlanan kontent 612,9 milyondan çox, videolar isə 297,3 milyon baxış toplayıb.

Döyüş həftəsi ərzində 50 milyondan çox izləyicisi olan rəsmi Instagram hesabında hər gün Bakıdan paylaşımlar edilib, dünya auditoriyasına turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları çatdırılıb.

Bakıda keçirilmiş UFC turniri ilk dəfə olaraq dünyanın ən böyük striminq platformalarından biri olan "Paramount+" vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir. Bakıdakı turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Tədbir beynəlxalq medianın da diqqət mərkəzində olub - UFC Bakı gecəsini 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31