2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib

Milli Paralimpiya Komitəsində (MPK) parabadmintonçularla görüş keçirilib.

Futbolxeber.az saytına qurumdan verilən məlumata görə, toplantıda Fransada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanan İbrahim Əliyev, həmin turnirdə iştirak edən yeniyetmə idmançı Zəhra Salmanlı, həmçinin yığma komandanın baş məşqçisi Teymur Abbasov iştirak ediblər.

Görüş zamanı turnirdə nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

Həmçinin parabadminton üzrə ilk dəfə Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və bununla da tarixi nailiyyətə imza atmaq məqsədi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31