15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Stolüstü tennis üzrə respublika birinciliyinə yüzdən çox idmançı qatılıb

Bakıda stolüstü tennis üzrə respublika birinciliyinə start verilib.

Futbolxeber.az saytının Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən verdiyi məlumata görə, "Şüa" İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər.

Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar.

Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyə iyulun 3-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30