15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Cüdo millimiz Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi hesabındakı medalların sayını yeddiyə çatdırıb.

Futbolxeber.az saytının məlumatına görə, Sadiq Məmmədov (73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına sahib çıxıb.

İlkin Qarayev (66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (40 kq), Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) isə bürünc medala yiyələniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30