15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Çimərlik voleybolçularımız EEVZA çempionatında mübarizə aparacaqlar

Azərbaycanın qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20 yaş qrupları üzrə çempionatlarında iştirak edəcəklər.

Futbolxeber.az saytının məlumatına görə, komandalar yarışa qatılmaq məqsədilə bu gün Latviyaya yola düşüblər.

U-18 yaş qrupu üzrə yarışlar 1-3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4-5 iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15-17 iyul tarixlərində keçiriləcək. Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis şəhərində təşkil olunacaq.

Komandalarımız yarışlarda baş məşqçi Atvars Vilde və məşqçi Nihad Tərverdiyevin rəhbərliyi altında mübarizə aparacaqlar.

Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlüklərlə təmsil olunacaq:

U-16 (qızlar)

1. Dilarə Ağayeva / Ulyana Kovalyova

2. Aydan Mirzəyeva / Aylin Əlizadə

U-18 (qızlar)

1. Leyla Əliyeva / Dilarə Ağayeva

2. Feyza Bolat / Cəmilə Bəşirova

U-18 (oğlanlar)

1. Emil Safronov / Tamerlan Tağlıyev

U-20 (qızlar)

1. Səbinə Əlizadə / Leyla Əliyeva

2. Feyza Bolat / Cəmilə Bəşirova

U-20 (oğlanlar)

1. İbrahim Məmmədov / Muhəmməd Aslanlı

2. Emil Safronov / Tamerlan Tağıyev

Qeyd edək ki, çimərlik voleybolçularımız EEVZA çempionatları ilə yanaşı, Latviyanın paytaxtı Riqada keçiriləcək Baltikyanı ölkələrin açıq çempionatında da qüvvələrini sınayacaqlar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30