15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Yeniyetmə cüdoçularımız Avropa çempionatının ilk günündə 5 medal qazanıblar

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü millimiz üçün uğurlu alınıb.

Futbolxeber.az saytının məlumatına görə, yığma günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq 43 ölkə arasında komanda hesabında ilk pillədə qərarlaşıb.

Zəhra Quliyeva (-40 kq) finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.

Oğlanların -50 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Nihad Ağayev həlledici görüşdə komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə qitə birinciliyinin gümüş mükafatına yiyələnib.

İbrahim Talıbov (-55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını Könül Eyvazlı (-48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30