15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Paralimpiya çempionu şəhid övladlarına "ustad dərsi" keçib

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib.

Futbolxeber.az saytının Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, taekvondoçu şəhid övladları üçün təşkil olunan 5-ci "YAŞAT" düşərgəsinin qonağı olub.

Düşərgə çərçivəsində keçirilən "ustad dərsi"ndə İ.Xəlilov iştirakçılarla səmimi görüş keçirərək idman yolunda qazandığı təcrübəni və uğur hekayəsini onlarla bölüşüb. Paralimpiya çempionu çıxışı zamanı əzmkarlığın, intizamın, zəhmətin və özünəinamın uğurun əsas təməl prinsipləri olduğunu vurğulayıb, qarşıya qoyulan məqsədlərə çatmaq üçün daim çalışmanın vacibliyindən danışıb.

"Ustad dərsi" zamanı iştirakçılar parataekvondo haqqında ətraflı məlumat əldə edib, bu idman növünün əsas texnikaları və məşq prosesi ilə yaxından tanış olublar. Eyni zamanda, çempionun rəhbərliyi ilə keçirilən praktiki məşğələlər uşaqlarda böyük maraq və motivasiya yaradıb, onlara həm idman bacarıqlarını inkişaf etdirmək, həm də sağlam həyat tərzinin əhəmiyyətini daha yaxından mənimsəmək imkanı qazandırıb.

Uşaqlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək uğurlara inamın gücləndirilməsi baxımından yaddaqalan olan görüşün sonunda iştirakçılar İ.Xəlilovla xatirə şəkilləri çəkdirib, onları maraqlandıran suallara cavab alıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30