15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib

"Azərbaycan Şahmat Turu" çərçivəsində "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən verdiyi məlumata görə, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.

"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

AŞF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnir reytinqə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.

200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30