15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, festivalda Azərbaycanla yanaşı, Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox iştirakçı mübarizə aparıb.

Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blits turnirlərində gücünü sınayıb.

B qrupunda reytinqsiz şahmatçılar arasında qalib həmkarımız, idman jurnalisti Ceyhun Əliyev olub. Uzun müddətdən sonra peşəkar şahmatçılar arasında yarışa qatılan Əliyev bütün görüşlərini FİDE reytinqi 1900-ə qədər olan şahmatçılara qarşı keçirib. Yekunda 9 turdan 6 xal toplamaqla o, rəqibləri üçün əlçatmaz olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30