15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Badmintonçumuz Serbiyada bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbian U-17 International" turnirində bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Camalzadə ilk görüşdə Rumıniya təmsilçisi Ariana Qiurqievə 2:0 (21:5, 21:6) hesabı ilə qalib gəlib. Badmintonçu 1/16 finalda Xorvatiya idmançısı Maya Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22:20, 16:21, 21:15).

1/8 finalda Türkiyə badmintonçusu Elanur Taşkıranı 2:0 (21:19, 21:15) hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finalda polşalı Hanna Vileqaya ilə çətin görüşdə qələbə qazanıb – 2:1 (21:7, 15:21, 21:19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla Camalzadə turnirin qalibi olan bolqarıstanlı Mariya Popovaya uduzub – 0:2 (16:21, 14:21).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30