14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb

Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarı başa çatıb.

Futbolxeber.az saytının AVF-yə istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nin idman zalında keçirilən kursda 60-a yaxın iştirakçı olub.

Təlimlər iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçirilib.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak ediblər.

FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarət olub. Seminarın sonunda keçirilən imtahanlarda yüksək nəticə göstərən iştirakçılara FIVB-nin Level-2 beynəlxalq sertifikatı təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30