29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Azərbaycanın güləş üzrə milli komandaları bölgələrdə təlim-məşq toplanışı keçir.

Futbolxeber.az saytına Güləş Federasiyasından verilən məlumata görə, 27 iyul-2 avqust tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan U-17 sərbəst və yunan-Roma güləşi üzrə yığmalar fərqli məkanlarda hazırlaşır. Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa daxil olan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaqlar. Yunan-Roma güləşçilərinin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanışı isə 1-11 iyun tarixlərini əhatə edir.

U-20 yaş qrupu üzrə yığmalar iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.

Böyüklərdən ibarət sərbəst güləş üzrə milli komanda isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15-19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi iyunun 20-dək davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31