29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

“Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır”

“Milli Olimpiya Komitəsi təhlükəsiz idman məsələlərinə uzun illərdir xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif təlim və seminarlar təşkil edilir, beynəlxalq təcrübə öyrənilir və federasiyalara metodiki dəstək göstərilir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı” barədə keçirilən tədbir zamanı deyib.

O vurğulayıb ki, təhlükəsiz idman sahəsində dünyanın tanınmış mütəxəssisləri Azərbaycana dəvət olunaraq görüşlər və təlimlər keçiriblər: “Eyni zamanda, ölkədə bu sahə üzrə yerli mütəxəssislərin hazırlanmasına nail olunub. Son illərdə keçirilən iri beynəlxalq yarışlarda təhlükəsiz idman məsələlərinin təşkili yerli mütəxəssislərə həvalə olunub və onlar bu vəzifələrin öhdəsindən uğurla gəliblər. Gələcəkdə hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsi nəzərdə tutulur. Həmin şəxslər federasiya daxilində təhlükəsiz idmanla bağlı məsələlərin koordinasiyasını həyata keçirəcək, idmançıların hüquq və təhlükəsizliyinin qorunmasına dəstək verəcəklər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31