29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

Futbolxeber.az saytına Voleybol Federasiyasından bildirilib ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə iki yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31