12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Digər idman növləri

Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin təntənəli paradı baş tutub.

Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihənin altıncı dəfə həyata keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov turnirə marağın ildən-ilə artdığını bildirib. Nazir qeyd edib ki, yarış iki dəfə yerli, dörd dəfə beynəlxalq səviyyədə baş tutub.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev isə çıxışında ölkədə üzgüçülük idman növünün inkişaf etdiyini bildirib. O, yarışa qatılan idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, turnirə iyunun 5-də yekun vurulacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30