28 Oktyabr 2026, Çərşənbə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
Ribeyro 2 oyunluq cəzalandı
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı

Digər idman növləri

Stolüstü tennisçilərimiz Özbəkistanda 4 medal əldə ediblər

Azərbaycan stolüstü tennisçiləri Özbəkistanın Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə 4 medal qazanıblar.

Futbolxeber.az saytının Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən verdiyi məlumata görə, ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.

13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U-11) yarışı ikinci, Səidə Quluzadə (U-13) ilə Yağmur Məmmədli (U-15) üçüncü yerdə başa vurub.

Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan "WTT Youth Contender" turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Komanda turnirdə gənclərdən ibarət millilərin baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31