28 Oktyabr 2026, Çərşənbə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
Ribeyro 2 oyunluq cəzalandı
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı

Digər idman növləri

Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər

Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kodokan seminarında iştirak ediblər.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçiblər.

Tədris prosesinə kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik ediblər.

Seminarın sonunda kata ekspertləri itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulan proqramlar hesab olunur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31