4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Şahmatçılarımızın FIDE reytinqindəki mövqeyi açıqlanıb

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, Şəhriyar Məmmədyarov may ayının cədvəlində 2717 əmsalla 26-cı pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə çatdıran Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) 90-cı sıradadır.

Qadınlardan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya (2450) məxsusdur. O, hazırda 25-cidir. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) 94-cüdür.

Qeyd edək ki, kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30