20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Digər idman növləri

Bakı növbəti dəfə beynəlxalq şahmat festivalına ev sahibliyi edir

Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə Dövlət Himni səsləndirilib. AŞF-nin prezidenti Mahir Məmmədov festivalda rekord sayda - 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Qurum rəsmisi dövlət tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda şahmat ənənəsini olduğunu bildirib. O, idmançıların beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.

Nazir Prezident İlham Əliyevin bu gün Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşdüyünü xatırladıb.

Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları olacaq. Yarışa mayın 6-da yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30