4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Azərbaycan "Prezident Kuboku"nda ilk medalını qazandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında ilk medalçılar bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Suqovuşanda keçirilən yarışda Azərbaycan da ilk medalını qazanıb. 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Əlimurad Hacızadə 2-ci yeri tutub. Maksim İvliyev (Özbəkistan) qızıl, Martin Vulf bürünc mükafata layiq görülüb.

Qaliblər medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30