4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Güc idman növləri üzrə Azərbaycan çempionları müəyyənləşib

Bakıda müxtəlif güc idman növlərini əhatə edən Azərbaycan çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, idmançılar turnirdə stronqmen, strikt karl və stritliftinq növləri üzrə qüvvələrini sınayıblar.

Stronqmen kateqoriyasında Gəncəni təmsil edən Əli Əliyev 161 kiloqram nəticə göstərərək yeni Azərbaycan rekordu müəyyənləşdirib.

Deddlift hərəkətində də yüksək nəticələr qeydə alınıb. Kamran Lazımov (95 kiloqram) 350 kiloqram ağırlığı qaldırıb və ölkə rekordunu yeniləyib.

Eyni zamanda, Vadim Zelenov (70 kiloqram) loq lift hərəkətində 110 kiloqram nəticə göstərərək yeni Azərbaycan rekorduna imza atıb.

Yarışın yekunlarına əsasən, müxtəlif çəki dərəcələrində qaliblər də müəyyənləşib. Kamal Məmmədli 75 kiloqram çəki dərəcəsində çempion olmaqla yanaşı, mütləq çempion adına layiq görülüb. Digər çəki dərəcələrində isə Cəlil Əliyev (110 kiloqram), Nicat Hüseynov (100 kiloqram), Sultan Sultanov (90 kiloqram), Sadiq Musayev (82 kiloqram), Vadim Zelenov (67,5 kiloqram), Bora Güner (140 kiloqram) və Surət Pirnəzərov (125 kiloqram) birinci yeri tutublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31