20 Avqust 2026, Cümə axşamı
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger

Digər idman növləri

Güləş yığmamız Bursada toplanışa başlayır

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi növbəti təlim-məşq toplanışına başlayır.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31