22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

Güləşçilərimiz ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

Güləş üzrə Azərbaycan milli komandaları 2026-cı ilin ilk təlim-məşq toplanışlarına başlayıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yanvarın 7-11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.

Yunan-Roma güləşi üzrə yığma yanvarın 14-dən, sərbəst güləş üzrə milli isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri yanvarın 25-dək, sərbəst güləşçilər isə 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.

Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər ilə ilk reytinq turniri sayılan "Zaqreb Open"lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral-1 mart) debüt edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30