12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Digər idman növləri

Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub.

Futbolxeber.az saytının Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən verdiyi məlumata görə, qurumun rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında yeniyetmə qızlardan ibarət yığmanın üzvlərinə sosial media təlimi keçirilib.

Təlimin əsas məqsədi idmançıların sosial şəbəkələrdə məsuliyyətli davranışı, media qarşısında özünü doğru ifadə etməsi və milli komandanın imicinin qorunması prinsiplərini aşılamaq olub.

Görüş zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar və tənqidlərə düzgün reaksiya verilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin yanlış məlumatların yayılmasının qarşısının alınması və ACF-nin kommunikasiya siyasətinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.

Sonda idmançının rəqəmsal imicinin onun karyerasına və komandanın nüfuzuna təsiri barədə fikir mübadiləsi aparılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30