12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Digər idman növləri

Şəhriyar 3 milyon, Teymur 2 milyona yaxın pul qazanıb

Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.

Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.

Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.

Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30