2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

Azərbaycanın iki güləşçisi İslamiadanın finalına yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, qadın güləşçi Jalə Əliyeva (57 kiloqram) yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovaya "tuş"la, Murad Əhmədiyev (97 kiloqram) isə türkiyəli Beytullah Kayışdağa 5:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.

Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hələlik yunan-Roma güləşi üzrə Azərbaycan millisinin aktivində bir gümüş mükafat var. Yeganə medalı Həsrət Cəfərov (67 kiloqram) qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30