17 Sentyabr 2026, Cümə axşamı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Əli Əsədov Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.

Qeyd edilib ki, ölkəmizdə ən müasir standartlara cavab verən idman infrastrukturu qurulub, o cümlədən ayrı-ayrı regionlarımızda çoxsaylı olimpiya idman kompleksləri tikilib. Azərbaycan bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına uğurla ev sahibliyi edib.

Söhbət zamanı ölkəmizdə su idman növlərinin inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər barədə söhbət açılıb, Beynəlxalq Su İdman Növləri Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30