2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Digər idman növləri

Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında növbəti mərhələyə adlayıb.

Futbolxeber.az saytının Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışın üçüncü günündə Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb.

O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də olacaq.

Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevi (Ukrayna) sınağa çəkəcək.

Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.

Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31