21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

Şahmat millimizdən Avropa çempionatında növbəti qələbə

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin yer aldığı kollektivi bu dəfə Polşadan üstün olub - 2.5:1.5.

Daha əvvəl Slovakiyaya (3:1) qalib gələn və Çexiya (2:2) ilə bərabərə qalan komanda hazırda 5 xalla üçüncü pillədədir.

Qadınlardan ibarət milli isə bu dəfə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb - 2:2.

Əvvəlki görüşlərdə Sloveniya (4:0) və Macarıstandan (2.5:1.5) üstün olan komanda 5 xalla dördüncüdür.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-dək davam edəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30