21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

Şuşada “İgidlərin izi ilə” adlı Zəfərə həsr olunmuş turnir keçirilib

Şuşa şəhərində Zəfərimizin 5 illiyinə həsr olunmuş “İgidlərin izi ilə” adlı qayayadırmanma turniri keçirilib.

Futbolxeber.az saytına Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, iki gün davam edən tədbirin ilk günündə iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar. İkinci gün isə Cıdır düzündə keçirilən qayayadırmanma yarışı gərgin və maraqlı idman mübarizəsinə çevrilib. Peşəkar və həvəskar komandalar yarışda güclərini sınayıb. Sonda qalib komandalar diplomlarla təltif olunub.

Turnir təkcə idman yarışı deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, idman yarışı Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30