7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Digər idman növləri

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, ötən gün sıralama mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə imza atan “Red Bull”un sürücüsü Maks Ferstappen bu gün də qələbə qazanıb. Niderlandlı sürücü 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.

"Mercedes"dən Corc Rassell ikinci, "Uilyams"dan Karlos Sayns üçüncü yeri tutub.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31