7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Digər idman növləri

Fiziyev zədələndi, döyüşü baş tutmayacaq

Azərbaycan döyüşçüsü Rafael Fiziyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək UFC Fight Night turnirində iştirak edə bilməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb onun zədələnməsidir.

Zədə səbəbdən Fiziyevin braziliyalı döyüşçü Çarlz Oliveyraya qarşılaşması baş tutmayacaq.

11 oktyabrda yüngül çəki dərəcəsində nəzərdə tutulan bu qarşılaşma UFC turnirinin əsas döyüşü olmalı idi. UFC-nin yüngül çəki reytinqində Oliveyra 4-cü, Fiziyev isə 10-cu yerdə qərarlaşıb.

Fiziyev MMA karyerasında 13 qələbə qazanıb və 4 dəfə məğlub olub. Keçmiş UFC çempionu Oliveyranın isə hesabında 35 qələbə, 11 məğlubiyyət var və onun bir döyüşü baş tutmamış sayılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31