7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Digər idman növləri

"Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar

"Formula 1" pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, dünyamın ən məşhur pilotları artıq Bakının "Paddock" ərazisindədirlər.

Sabah start götürəcək turniröncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Bu gün "Paddock"da Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

Pilotların "Paddock"a gəlişi artıq Bakı küçələrində "Formula 1" atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

"Formula 1" həvəskarları üçün Paddock – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31