1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Azərbaycan və Türkiyə şahmat yarışlarının keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparıb

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, federasiya nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli görüşdə əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi və Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planlarıyla bağlı müzakirələr aparılıb.

M.Məmmədov F.Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib. Eyni zamanda Apaydın da Məmmədova qurum adından xatirə hədiyyəsi verib.

Səfər zamanı AŞF rəhbəri 11-ci Çeşmə beynəlxalq şahmat turnirinin blits yarışında çıxış edərək iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31