9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə qurumun vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

ACF rəhbərliyi idmançılara etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıblar. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 26-29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31