10 May 2026, Bazar günü
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Digər idman növləri

DÇ: Azərbaycan cüdoçularından ilk gündə fiasko

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb. Onların hər üçü mübariəni erkən başa vurub.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya uduzub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci qarşılaşmasında Laura Martinesə (İspaniya) uduzub.

Könül Əliyeva (48 kq) isə 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gəlib və məğlub olub.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31