2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Digər idman növləri

Azərbaycanda ilk dəfə keçiriləcək UFC turnirinin biletləri satışa çıxarılıb

Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına start verilib.

Futbolxeber.az saytına Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib ki, biletləri iticket.az platforması üzərindən əldə etmək mümkündür. Turnir Gənclər və İdman Nazirliyi, BŞH Əməliyyat Şirkətinin təşkilatçılığı ilə həyata keçilir.

BŞH-nin baş direktoru Maqsud Fərzullayev qeyd edib ki, UFC-nin Bakıya gəlişi Azərbaycanın idman tarixində yeni bir səhifə açır: “Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. UFC ilə tərəfdaşlıq ölkəmizin illərdir idman sahəsindəki dinamik inkişafının, ölkə rəhbərliyinin uğurlu idman siyasətinin məntiqi davamıdır”.

M.Fərzullayev, həmçinin turnirin təşkili prosesində dəstəyini əsirgəməyən bütün tərəfdaş və sponsorlara təşəkkürünü bildirib.

Baş direktor ölkənin qarşıda daha bir mötəbər tədbirə - Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcəyini də vurğulayıb. “Yarışa 5 aydan az zaman qalıb. Hazırlıq sürətlə davam edir, nəticələr gözlənildiyindən daha yüksəkdir. Bilet alan azarkeşlərin 80 faizdən çoxunu xarici vətəndaşlar təşkil edir”.

Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30