21 Yanvar 2026, Çərşənbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Digər idman növləri

Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyada keçirilən Avropa çempionatında finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, idmançımız yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli Kerem Kamala 4:5 hesabı ilə uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova 3:5 hesabı ilə məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Hamza Bakıra uduzub.

Qeyd edək ki, daha öncə Azərbaycan sözügedən yarışda 6 medal qazanıb. Sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə ediblər. Millimiz bu nəticə ilə komanda hesabında Avropa çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31