6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Digər idman növləri

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib

Azərbaycanın qadın boksçusu Marjona Savriyeva (50 kq) Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
 
Futbolxeber.az saytının Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli üzvü debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb.
 
Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davam etməsinə icazə verməyiblər. İlk raundu xeyrinə bitirən M.Savriyeva mərhələ adlayıb.
 
O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
 
Qeyd edək ki, mundialın ikinci günündə Azərbaycanın 2 boksçusu gücünü yoxlayacaq.
 
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31