14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycanın daha iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın daha iki boksçusu Rumıniyada gənclər arasında keçirilən “Drakula Open” turnirinə qələbə ilə başlayıb.

Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Nihat Qasımov (51 kiloqram) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. N.Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kiloqram) isə ilk görüşündə rumıniyalı Emzar Qransianı birinci raundda tam üstünlüklə məğlub edib. Z.Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31