5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Digər idman növləri

Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində 3 medal qazanıblar.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, memorialda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 pəhləvan təmsil edib.

Milli üzvləri 1 gümüş və 2 bürünc medal qazanıblar.

74 kq-da Turan Bayramovla Qadjimurad Omarov çıxış edib. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbələrlə, Omarov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı İnalbek Şeriyevə 2:5 hesabıyla məğlub olubsa, Qadjimurad türkiyəli Fazlı Eryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Omarov finalda Şeriyevə uduzub (3:11) və gümüş medalı boynundan asıb.

Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova 4:6 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Qamzatova (4:3) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31