22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

"Böyük Dəbilqə"nin ikinci günü: 11 idmançıya 3 medal

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə 3 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu gün 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.

Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.

81 kq çəki dərəcəsində Zelim Tçkayev finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Bu çəkidə Ömər Rəcəbli bürünc medal uğrunda qarşılaşmada Askerbiy Qerbekova (Bəhreyn) uduzub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30