9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Digər idman növləri

Bakıda gənc boksçular arasında Azərbaycan birinciliyi

Sabah gənc boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 278 oğlan, 26 qız boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:15-da başlanacaq. Qaliblərin adına isə yanvarın 19-da aydınlıq gələcək.

Yarış çərçivəsində həmçinin qızlar arasında Boks Federasiyasının seçmə turniri də baş tutacaq və 6 çəkidə ən güclülər dəqiqləşəcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31